23 Noyabr 2021
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 15 iyul dövlət çevrilişinə cəhddən sonra Fərmanla işdən çıxarılan və terror təşkilatı üzvü olduğu iddiası ilə həbs edilən hakim və prokurorların “azadlıq” və “təhlükəsizlik” hüquqlarının pozulması ilə bağlı qərar verib.
AİHM çevriliş cəhdindən sonra həyata keçirilən həbslərin Avropa İnsan Haqları Konvensiyasını pozduğu qənaətinə gəlib.
Qərarda ərizəçilərin ilkin həbsinin qanuniliyi ilə bağlı Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən verilən şikayətin məqbul olduğu və saxlanılarkən hakim və prokuror olmuş ərizəçilərin ilkin həbslərinin qanuna zidd olduğuna görə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozduğuna dair müddəa qəbul edilib.
Bir səsə qarşı altı səslə ərizəçilərin Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq qalan şikayətlərinin məqbul olduğuna və mahiyyət etibarı ilə araşdırmaya ehtiyac olmadığına qərar verilib.
Qərarın qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində ərizəçilərin hər birinə 5000 avro ödənilməsinə dair hömv verilib.
15 iyul dövlət çevrilişinə cəhddən sonra məhkəmə sistemində “FETÖ” üzvü olmaqda şübhəli bilinən məhkəmə heyəti, o cümlədən Ali Məhkəmə və Danıştay üzvləri haqqında istintaq başladılıb, çoxlu sayda insan həbs edilib.