Son illərdə Türkiyədə universitet sayının artması tələbə sayının da artmasına səbəb olub. Son rəqəmlərə görə, Avropada ən çox tələbə Türkiyədədir.
2019-cu ilin göstəricilərinə görə, Türkiyədə hər min nəfərdən 95-i tələbədir. Bu da digər Avropa ölkələrinə nisbətən çox yüksək göstəricidir. Məsələn, Almaniya və Fransada hər min nəfərin 40 nəfəri, İngiltərədə 39 nəfəri, Avropa Birliyi ölkələrində isə 38 nəfəri tələbədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fervaldakı açıqlamasında bildirib ki, Almaniya kansleri Angela Merkellə görüşdə Türkiyədə 8 milyon 400 min tələbə olduğunu deyəndə Merkel təəccüblənib. Ərdoğan bildirib ki, Türkiyə təhsilində kəmiyyət problemi yoxdur, keyfiyyət problemi var.Türkiyəni siyahıda Yunanıstan (74), Kipr (57), Norveç (54), Finlandiya (53), Danimarka (53) və Hollandiya (51) izləyir. Aİ-də hər min adamdan 38-i universitet tələbələridir.
Universitet tələbələrinin ən az olduğu ölkə Lüksemburqdur. Bu ölkədə hər 1000 nəfərə cəmi 12 tələbə düşür. Bu rəqəm Bosniya və Herseqovinada 25, Slovakiyada 26, Şimali Makedoniya və Rumıniyada 27, Macarıstanda 29-dur.