"Azəristiliktəhcizat” ASC və "Tikinti Bərpa Firması" MMC maya dəyəri 43660 AZN (43 min 600 manat) olan satınalma müqaviləsi imzalayıblar.
AbzasMedia xəbər verir ki, müqavilədə qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş müxtəlif markalı nasos, mühərriklərin satınalınalınması nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 10 manat olan "Tikinti Bərpa Firması" MMC 3 mart 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Dövlət Vergi Xidmətinin 18 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, "Tikinti Bərpa Firması" MMC-nin dövlətə 7918732 AZN (79 min 187 manat) vergi borcu var.
Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Müxtəlif dövrlərdə yerli mətbuatda Tikinti Bərpa Firması" MMC ilə bağlı maraqlı məlumatlar yayılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur. Məlumata görə Qobustan qəsəbə sakini Cəfərov Rafiq İmamqulu oğlu 2019-cu ilin mayında sözügedən şirkətin rəhbərliyinə keçirilib.
Məlumata görə, Cəfərov Rafiqin və onun oğlunun adına çoxsaylı MMC-lər təsis edilib və bu şirkətlər dövlət maliyyəli qurumların satınalmalarında iştirak edərək qalib elan edilirlər.
"Azəristiliktəhcizat” ASC-də qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş müxtəlif markalı nasos, mühərriklərin satınalınalınmasıda iştirak edəcək "Tikinti Bərpa Firması" MMC-nin mütəxəssisləri, rəsmi müqavilə ilə çalışan işçilərinin sayı, maddi-texniki bazası da qeyri-müəyyəndir.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Digər məlumatlara görə, "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC -nin "Zibil konteynerlərinin satın alınması” məqsədilə elan etdiyi tenderin qalibi olan "Tikinti Bərpa Firması” MMC öz növbəsində "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri satmalı idi.
"Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri üçün "Tikinti Bərpa Firması” MMC-yə 296 min 504 manat 50 qəpik ödəyib. Rəqəmlərdən də göründüyü kimi 1100 litirlik zibil konteynerinin 1 ədədinin qiyməti 516 manat hesablanmışdı.
2019-cu ilin dekabr ayında "Tikinti Bərpa Firması” MMC Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin keçirdiyi tenderin də qalibi olub. Tender nəticəsində "Tikinti Bərpa Firması” MMC 650 ədəd 1430 litrlik zibil konteyneri satın və 1 ədəd zibil konteynerinin dəyəri 438 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi 4 ay əvvəl daha böyük həcmdə olan zibil konteynerini 438 manata satın alındığı halda, sonradan 1100 litrlik zibil konteyneri 516 manata satın alınır. Müxtəlif elan saytlarında 1100 litrlik metal zibil konteynerinin 420 manata satılmağı barədə elanlara rast gəlmək mümkündür.