Avropa Birliyi ilə Belarus arasındakı problemlərə əlavə olunan qaçqın problemində hərəkətlilik davam edir.
Pola sərhədini keçmək üçün Belarusa gedən min 8766 iraqlı qaçqın sərhədi keçə bilmədikdən sonar ölkələrinə deportasiya ediliblər.
2020-ci ildə belarusda keçirilən mübahisəli president seçkilərindən sonar Avropa Birliyi ilə siyasi gərginlik yaşayan Belarus növbəti dəfə də Orta Asiya ölkələrindən gələn qaçqınları Avropa ölkələrinə buraxmaqda ittiham olunub.
Sərhədləri qaçqınlara açmayan Avropa Birliyi ölkələri isə Türkiyə kimi Orta Şərq ölkələri ilə müqavilələr imzalayıb, qaçqınların Avropaya axının qarşısını müəyyən qədər ala bildilər. Digər tərəfdən isə Belarus – Polşa sərhədinə yığışan qaçqınlar ölkələrinə deportasiya olunublar.
İraq Hava Yollarının açıqlamasına görə, 1876 İraq vətəndaşı Belarusun paytaxtı Minskdən təxliyə uçuşları ilə ölkələrinə qayıdıb. Açıqlamada qeyd olunub ki, təxliyə uçuşları 28-29 noyabrdada həyata keçiriləcək.
Belarus hükumətinin verdiyi məlumata görə, böhranın əvvəlləri 5 mini Belarus vətəndaşı olmaqla ümumilikdə 7 min nəfər Avropa Birliyi ölkələrinə keçmək üçün sərhədə toplaşıb.