4 Noyabr 2021
Mətni dəyiş
Belçikada ordudakı ifrat sağçı ünsürləri ifşa etmək üçün bəzi şəxsi mülklərə və hərbi bazalara basqın ediilib.
Sputnik-in Belçika mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində heç kim nəzarətə alınmasa da, çox sayda mobil telefon və kompüter müsadirə edilib.
Bu cihazlarda insanları zorakılığa sövq edən mesajların olub-olmaması yoxlanılacaq.
Belçikada təhdid təhlili aparan dövlət qurumu OCAD-in iyul ayında açıqladığı hesabatda “ifrat sağçı” ideologiya və hərəkatların çoxaldığı və getdikcə “həyəcanverici səviyyədə” ciddi təhlükəyə çevrildiyi bildirilib.
Qeyd edilib ki, ifrat sağçı təhdid may ayında əsgər Yurgen Koninqin olduğu bölmədən ağır silahlar oğurlayaraq yoxa çıxmasından sonra daha çox özünü büruzə verib.
Terror hücumu təhlükəsi ilə bölmədən qaçan Koninq bir aylıq axtarışlardan sonra ölü tapılıb və bundan sonra sosial mediada Koninqi dəstəkləyən paylaşımların artdığı müşahidə edilib.