22 Noyabr 2021
Mətni dəyiş
Noyabrın 14-də Bolqarıstanda keçirilən prezident seçkiləri heç bir namizədin 50 faizdən çox səs toplamaması səbəbindən ikinci tura qalmışdı. Yerli vaxtla saat 07:00-da başlayan səsvermə prosesi saat 20:00-da başa çatıb.
"Alpha Research" və "Gallup International"ın səsvermədən sonra keçirdiyi "exit-poll"un nəticələrinə görə, hazırkı prezident və Bolqarıstan Sosialist Partiyasının (BSP) namizədi Rumen Radev 64-66 faiz səslə seçkidə qalib gəlib.
Anketlərə görə, Bolqarıstanın Avropa Gələcəyi üçün Vətəndaş Təşəbbüsü Partiyasının (GERB) dəstəklədiyi Anastas Gercikov 32-33 faiz səs toplayıb.
Digər tərəfdən, noyabrın 14-də Bolqarıstanda keçirilən prezident seçkilərində Radev 49,41 faiz, Gercikov isə 22,82 faiz səs toplayıb.