27 Noyabr 2021
Mətni dəyiş
Britaniya hökuməti Qəzza zolağında Fələstinin siyasi qurumu olan “Həmas”-ı bu gündən etibarən “terror təşkilatı” elan edib.
Britaniya əvvəlki qiymətləndirmələrinə yalnız “HƏMAS”-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarını daxil etmişdi.
Aİ Və ABŞ da “terror təşkilatı” elan edib
Britaniyanın daxili işlər naziri Priti Patel artıq “HƏMAS”-ın bütövlükdə "terror təşkilatı" olaraq təyin olunduğunu açıqlayıb və əlavə edib ki, "Həmas terror aktlarını təşkil edir, iştirak edir, hazırlayır və təbliğ edir. Əgər ekstremizmə dözsək, bu, təhlükəsizliyi pozacaq".
“HƏMAS” daha əvvəl Avropa İttifaqı və ABŞ başda olmaqla bir çox ölkə tərəfindən “terror təşkilatı” elan edilib.
“HƏMAS” ittiham edir
Bütün “HƏMAS”-ın siyahıya daxil edilməsi nəticəsində Böyük Britaniyada təşkilata üzv olmağı, dəstəyə çağırmağı və ya paltar geyinərək təşkilatın simvollarından istifadə etməyi cinayət sayılacaq. Böyük Britaniyada bu cinayətlərdə mühakimə olunan və təqsirli bilinən şəxsləri 14 ilə qədər həbs və yaxud cərimə gözləyir.
Sözügedən qərar İsrail tərəfindən müsbət qarşılansa da, “HƏMAS” Britaniyanı "qurbanların ziyanına qərarla təcavüzkarları dəstəkləməkdə" günahlandırıb.