Çin prezidenti Si Cinpin Afrikaya 600 milyon doza peyvənd bağışlayacağına söz verib
O, bu barədə bazar etrəsi Çin-Afrika Əməkdaşlıq Forumunda çıxış edərəkən danışıb.
Bundan əvvəl Hindistan da Afrikaya peyvənd göndərəcəyini açıqlamışdı.
Çinin ümumilikdə 1 milyard doza peyvənd tədarük edəcəyini bildirən Si Cinpin, 400 milyon doza peyvəndin Afrikada fəaliyyət göstərən Çin şirkətləri tərəfindən təmin ediləcəyini bildirib.
“Biz insan həyatını üstün tutmalıyıq. Afrikada peyvənd boşluğunu aradan qaldırmaq üçün əlçatanlığı təmin etməliyik", - deyə o, əlavə edib.