15 Noyabr 2021
Mətni dəyiş
Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib.
Bu barədə bu gün Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Ermənistan Prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında A. Karapetyanı vəzifəsindən azad edib. Onun yerinə isə Baş nazirin müavini Suren Papikyan təyin edilib.