Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Həsənov Gəncə şəhər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə noyabrın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb. Fəal noyabrın 26-da saxlanılıb və onun evində axtatış aparılıb.
Bildirilir ki, şahmat məşqçisi olan Hacıyevə qarşı narkotik maddə ittihamı ilə cinayət işi açmaq istəyirlər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Hacıyev siyasi fəaliyyətinə görə təqib edilir. Onun sözlərinə görə, təkcə bu il polis tərəfindən dəfələrlə saxlanılıb, 2 dəfə inzibati qaydada 30 sutka müddətinə həbs olunub: "Onun polis tərəfindən daimi təqib altında olması sosial şəbəkələrdə yazdığı sərt tənqidi qeydlərlə bağlıdır. Bu dəfə daha ciddi cəzalandırmaq istəyirlər".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan"-a Hacıyevin narkotik vasitələr şübhəsilə saxlanıldığını təsdiqləyiblər. "Hazırda araşdırma aparılır",- deyə mətbuat xidmətindən bildirilib.