3 Noyabr 2021
Mətni dəyiş
II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə, aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə II Qarabağ müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad ediləcək.