İlon Mask Twitterdəki sorğunun nəticələrinə əsasən Tesla səhmlərinin 10 faizini satmalı olacaq

İlon Mask Twitterdəki sorğunun nəticələrinə əsasən Tesla səhmlərinin 10 faizini satmalı olacaq
8 Noyabr 2021
Mətni dəyiş
“Tesla”-nın təsisçisi İlon Maskın Twitter-də başlatdığı sorğuda iştirak edənlərin əksəriyyəti elektrik avtomobil istehsalçısının səhmlərinin 10 faizini satmasına səs verib. Sorğunun nəticələri milyarderin hesabında paylaşılıb. Səs verənlərdən 57,9 faiz satışı dəstəkləyib, 42,1 faiz əleyhinə səs verib. Sorğuda ümumilikdə 3,5 milyon insan iştirak edib. İlon Mask bir müddət əvvəl sosial şəbəkədə soğru paylaşıb. “Son vaxtlar reallaşdırılmamış mənfəətin vergidən yayınma vasitəsi olduğu barədə çox danışılır, ona görə də “Tesla” səhmlərimin 10faizini satmağı təklif edirəm. Bunu dəstəkləyirsinizmi?", İş adamı Twitter istifadəçilərindən soruşub. O, səsvermənin istənilən nəticəsini dəstəkləyəcəyinə söz verib. https://twitter.com/elonmusk/status/1457064697782489088?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1457064697782489088%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url= Noyabrın əvvəlində “Tesla” səhmlərinin artması fonunda İlon Maskın sərvəti 300 milyard dolları ötüb. O, planetin ən zəngin adamına çevrilib. Buna baxmayaraq, milyarder “Tesla”-da maaş almır. Onun sözlərinə görə, şirkətin səhmlərinin satışı onun vergi ödəməsi üçün yeganə yoldur. “Reuters”-in məlumatına görə, Mask “Tesla”-nın təxminən 170,5 milyon səhminə sahibdir və 10 faiz payı təxminən 21 milyard dollar dəyərində olacaq. “Bloomberg” bildirir ki, Maskın sorğusu fonunda “Tesla” səhmlərinin noyabrın 8-i səhər saatlarında birja açılışından sonra düşəcəyi gözlənilir. Xüsusilə, noyabrın 7-də axşam saatlarında FTX kriptovalyuta birjasında şirkətin tokenləri 1139 dollara alınıb ki, bu da noyabrın 5-də bağlanış qiymətindən 6,8% aşağıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun