24 Noyabr 2021
Mətni dəyiş
İtaliyada 11 ildir iflic olan 43 yaşlı xəstənin tibbi yardımla həyatına son qoymaq tələbi Marçe bölgəsinin səhiyyə orqanlarının etika komitəsi tərəfindən təsdiqlənib.
İtalyan mətbuatında yer alan xəbərə görə, ölmək hüququnu müdafiə edən qeyri-hökumət təşkilatı “Luca Coscioni Dərnəyi” bu gün verdiyi açıqlamada bildirib ki, bir yük maşını sürücüsünün həyatını sonlandırma tələbi Marçe bölgəsi səhiyyə orqanlarının tərkibindəki etika komitəsi tərəfindən 13 aylıq yoxlamadan sonra qəbul edilib.
11 il əvvəl baş verən yol qəzasından sonra boynundan aşağısı iflic olan 43 yaşlı yük maşını sürücüsü qərarı "Nəhayət, özümü rahat hiss edirəm. Yorulmuşam və ömrümün sonunu seçməkdə azad olmaq istəyirəm" sözləri ilə şərh edib.
Evtanaziyanın qadağan olduğu İtaliyada qəbul edilən bu qərar bir ilkdir. İtaliyada Konstitusiya Məhkəməsi 2019-cu ilin noyabrında qəbul etdiyi qərarla müəyyən sərt kriteriyalara əsaslanmaq şərti ilə həyata yardımla son qoymağa icazə verib.
Sözügedən qərarda sağalmaz xəstəliyi olan, fiziki və psixoloji vəziyyəti müalicəyə uyğun olmayan, lakin aldığı qərarı şüurlu şəkildə dərk edən şəxslərin kənar yardımla həyatlarına son qoymalarını tələbi bölgələrindəki etika komitəsi tərəfindən qanuna zidd hal olmadığı halda təsdiqlənir.