Keniyada 2 doza peyvənd olunmayanlar 21 dekabrdan etibarən ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
Bu barədə ölkənin səhiyyə naziri Mutahi Kavqa məlumat verib.
Nazir bildirib ki, peyvənd olunmayanlar sosial dəstək göstərən dövlət xidmətləri də daxil olmaqla bir çox inzibati binaya daxil ola bilməyəcəklər.
Keniyada peyvənd olunanlar əhalinin 10 faizini təşkil edirlər. Rəsmi məlumatlara görə, Kenya aldığı 10,7 milyon peyvəndin ancaq 6,4 faizini istifadə edıb. Buna baxmayaraq, ölkədə virusla bağlı vəziyyət acınacaqlı deyil.
Səhiyyə Nazirliyinin hər gün yaydığı məlumatlara görə, ölkədə gün ərzində yoluxma 55-60 nəfər arasında olur.
Son qaydalara görə, artıq Keniyada 15 yaşdan yuxarı bütün şəxslər peyvənd oluna biləcəklər. Səhiyyə naziri bildirib ki, Keniya hökuməti bu ilin sonuna qədər 10 milyon şəxsin peyvənd olunmasını hədəfləyir.