Rusiya prezidenti Vladimir Putin deyib ki, Krım həmişə Rusiya ərazisi kimi qalacaq.
Putin bu barədə Milli Birlik Günü ilə bağlı Krım səfərinə deyib.
Ölkənin Qara dənizdəki hərbi bazasından danışan Putin deyib ki, bu baza Rusiyanın əsas bazalarından biridir: "Ölkəmiz öz tarixi birliyini bərpa etdi. Bu canlı və qırılmaz bağ burada, xüsusilə Sevastopolda güclü hiss olunur. Onlar indi xalqın, bizim xalqımızın azad iradəsi ilə əbədi olaraq Rusiyanın yanındadırlar”, - deyə Putin bildirib.
Rusiyada Milli Birlik bayramı 1612-ci ildə Moskvanı işğal edən Polşa və Litva qoşunlarının qovulmasının xatirəsinə 2005-ci ildən etibarən qeyd olunur.
Putin bundan əvvəl 2019-cu il vqustun 10-da Krıma səfər edib. O, “Gecə canavarları” klubunun Sevastopolda təşkil etdiyi şouda iştirak edib. Bundan sonra, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Krıma səfərinə rəsmi etirazını bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi ki, bu səfər Rusiya rəsmilərinin, Ukrayna tərəfinin razılığı olmadan ilhaq edilmiş Krıma əvvəlki səfərləri kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması deməkdir.