Qırğızıstanda millət vəkili Baktıbek Cetiqenov dövlət çevrilişinə cəhddə ittiham olunaraq saxlanılıb.
Bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, Çetiqenov paytaxt Bişkekdə kütləvi aksiyalar təşkil etmək üçün “El Intimagi” dərnəyinin rəhbəri Askat Temraliyevlə razılığa gəlib, onlar birlikdə hakimiyyəti ələ keçirmək niyyətində olublar.
Milli Təhlükəsizlik Komitəsi də məsələ ilə bağlı məlumat yayaraq bildirib ki, parlament seçkilərindən sonra “El İntimağı” dərnəyinin rəhbəri Temrəliyev də daxil olmaqla bir qrup şəxs hakimiyyətə qarşı çevriliş etməkdə şübhəli bilinərək saxlanılıb, araşdırmalar davam edir.
Qırğızıstanda parlament seçkiləri 2020-ci ilin oktyabrında keçirilib. Bundan sonra ölkədə kütləvi iğtişaşlar baş verib. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini ləğv edib, Prezident Sooronbay Jeenbekov isə istefa verib.
Yeni seçkiləri isə noyabrın 28-nə təyin olunub. Hzırda Qırğızıstan Prezidenti Sadır Japarovdur.