17 Noyabr 2021
Mətni dəyiş
Rza Zərrabın Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində davam edən iş faylındakı bəzi sənədlərin ictimaiyyətə açıqlanmasına qərar verilib.
Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsində davam edən Rza Zərrabla bağlı işdə məxfilik əsasında müxtəlif vaxtlarda iş materiallarına daxil edilən bəzi sənədlərin ictimaiyyətə açıqlanacağı bildirilib. Hakim Riçard Berman noyabrın 1-də müdafiə tərəfinə və prokurorluğa göndərdiyi məktubda son yeniliklər çərçivəsində iş materiallarında olan bəzi məxfi sənədlərin üzərindən gizlilik qərarının götürülməsinə etirazının olub-olmadığını soruşub. Tərəflər Bermanın məktubuna cavab veriblər.
Nyu York Cənub Bölgəsi Baş prokuroru Demian Uilyams dünən hakim Bermana yazdığı cavab məktubunda müdafiə tərəfi və prokurorluğun hakimin lazım bildiyi kimi, son hadisələrlə bağlı dosyedə məxfilik hökmü olan bəzi sənədlərin açıqlanmasına heç bir etirazının olmadığını bildirib.
Hər şeyə sənədlər qərar verəcək
Nyu-Yorkda “Xalq bank” da daxil olmaqla 9 müttəhimin mühakimə olunduğu Rza Zərrab işində dekabrın 15-də başlayan ilk məhkəmə prosesindən bu yana məxfilik qərarı çıxarılan 50-yə yaxın fayl var. Gizlilik qərarı olan fayllardan hansının ictimailəşdiriləcəyinə hakim Berman qərar verəcək.
Noyabrın 1-də məxfilik qərarı ləğv edilən sənədə görə, Zərrabın girov müqabilində şərti azadlıq üçün 2018-ci ildə məhkəməyə müraciət etdiyi və hakimin ərizəni qəbul etdiyi ortaya çıxıb.