Şəmkir Rayon İcra Hakimiyyəti və "ƏRDAGI" MMC maliyyə dəyəri 681844.07 AZN (681 min 844 manat) olan satınalma müqaviləsi imzalayıb.
AbzasMedia xəbər verir ki, Dövlət müqavilədə yolların əsaslı təmiri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "ƏRDAGI" MMC 10 dekabr 1992-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10.60 AZN AZN (10 manat 60 qəpik) təşkil edir.
Dövlət Vergi Xidmətinin 2 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, “ƏRDAGI” MMC-nin 32025.30 AZN (32 min 25 manat) vergi borcu var.
Bu qədər böyük maliyyə dəyəri olan tenderdə 32 min manatdan çox vergi borcu olan şirkət necə qalib gəlib, sual altındadır.
Məlumata görə, "ƏRDAGI" MMC son aylarda Azərbaycanda ən çox tender qazanan 5 şirkətdən biridir.