26 Noyabr 2021
Mətni dəyiş
Aclıq aksiyasını dayandırdıqdan sonra Gürcüstanın Qori şəhərində hərbi xəstəxanada müalicə alan Mixail Saakaşvili qurucusu olduğu müxalif Vahid Milli Hərəkat Partiyası və digər partiyaların millət vəkillərinin ona baş çəkmələrinə icazə verilməyəcəyi təqdirdə dərmanlarını qəbul etməyərək müalicədən imtina edəcəyini bildirib.
“Artıq bir həftədir ki, Milli Hərəkat və digər partiyalardan olan deputatlara mənimlə görüşə icazə verilmir”, - Saakaşvili Facebook-da yazıb. Son vaxtlar palatamın yaxınlığındakı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tibb işçilərinin başında əsl terror əsdirirlər. Mesajlarımın çölə çıxmasına kömək etməmək üçün onları ciddi nəzarət altında saxlayaraq hədələyirlər. Deputatların məni görmələrinən icazə verilməsə, sabahdan müalicədən imtina edəcəyəm və yalnız əsir götürülməmişdən əvvəl istifadə etdiyim dərmanları qəbul edəcəm.
Saakaşvili 8 ildən sonra gəldiyi ölkəsində yerli seçkilərə bir gün qalmış, oktyabrın 1-də paytaxt Tiflisdə saxlanılıb və daha sonra Rustavidəki 12 saylı həbsxanaya köçürülüb.
Həbsxanada saxlanmasına cavab olaraq başlatdığı aclıq aksiyasını davam etdirən Saakaşvili səhhətinin pisləşməsinin qarşısını almaq üçün noyabrın 8-də həbsxanadan paytaxt Tiflisdəki Qldani həbsxana xəstəxanasına köçürülüb.
Noyabrın 20-də aclıq aksiyasını dayandırdıqdan sonra reabilitasiya üçün Qori şəhərindəki hərbi hospitala aparılıb.
Keçmiş Gürcüstan lideri 2013-cü ildə ölkəni tərk etdikdən sonra vətəndaşlıqdan məhrum edilib və prezident olarkən səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 6 il müddətinə həbs cəzasına məhkum edilib.