Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən 181-i işgəncə ilə olmaqla, ümumilikdə 29 min 661 uşaq öldürülüb.
Bu barədə Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) məlumat yayıb. Məlumata görə, bu müddətdə 5 min 36 uşaq isə itkin düşüb. Hesabatda qeyd olunub ki, itkin düşən uşaqların 3 min 649 nəfəri Suriya rejimi, 42-si Heyət Təhrir Dəməşq (HTS), 319-u İŞİD, min nəfəri isə digər müxtəlif qruplar tərəfindən nəzarətdə saxlanılırmış. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ali Komisarlığının hesabatına görə isə hazırda Suriyada rejimin nəzarəti altında olmayan bölgələrdəki düşərgələrdə 2,5 milyon uşaq çətin şərtlər altında yaşayır.2015-ci ilin sonunda Suriyada Rusiya qüvvələrinin kasetli bombalardan da istifadə edərək həyata keçirilən hücumlarda ümumilikdə 67 uşaq həyatını itirib, 220 məktəb isə dağılıb.