2 Noyabr 2021
Mətni dəyiş
Bu ilin sentyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlının sədr müavini olduğu təşkilat fəaliyyətini dayandırıb.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi fəaliyyətini dayandırıb.
Təşkilatın sədri Arif Əfəndiyev, sədr müavini Ramin Bayramlı, məsul katibi isə tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoydur.
Y.Hacısoy İB-nin fəaliyyətinin dayandırılmasını təsdiqləyib. "Ölkədə koronavirus dövrü olduğu üçün təmsil etdiyim təşkilat fəaliyyət göstərə bilmədi. Bu barədə daha ətraflı Arif Əfəndiyevdən öyrənə bilərsiniz”, deyə o bildirib.