3 Noyabr 2021
Mətni dəyiş
Taliban hökuməti hazırda nağd pul problem yaşanan Əfqanıstanda xarici valyutadan istifadəni qadağan edib.
ABŞ və onun Qərb müttəfiqləri avqust ayında Talibanın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra Əfqan hökumətinin bank ehtiyatlarını dondurub. Beynəlxalq maliyyə sistemi ölkədə qapalı olduğu bir vaxtda Taliban sözçüsü Zabihullah Mücahid əfqan xalqından, sənətkarlardan, tacirlərdən və iş adamlarından “ölkənin milli maraqlarını və iqtisadiyyatını dəstəkləmək üçün” hər cür əməliyyatlarda yerli valyutadan istifadə etmələrini istəyib.
Bloomberg HT-nin məlumatına görə, valyutadan istifadənin ölkə iqtisadiyyatına zərərli olduğunu deyən sözçü qadağanı pozanlara qarşı tədbir görüləcəyini açıqlayıb.
Xarici valyuta qadağasının ölkə xaricindən edilən humanitar yardımların da kəsilməsinə səbəb ola biləcəyi ehtimallar arasındadır.