Avqustda NATO qüvvələrinin Əfqanıstandan çıxmasından sonra hakimiyyəti ələ keçirən Taliban silhalıları Əfqanıstandakı aeroportların istifadəsi üçün Avropa İttifaqından kömək istəyib.
Bu barədə müzakirə Qətərin paytaxtı Dohada Taliban nümayəndələri ilə Aİ nümayəndələri arasında baş tutan görüşdə aparılıb.
Taliban vəd edib ki, əgər Avropa İttifaqı aeroportların istifadəsi üçün Talibana kömək etsə, Taliban öz istəyi ilə ölkədən çıxmaq istəyənlərin hamısında icazə verəcək.
Avropa İttifaqı Əfqanıstana humanitar yardımım davam etdiricləyini bildirib. Taliban isə vətəndaş müharibəsi dövründə qarşı tərəfə çalışanların əfv ediləcəyini ilə bağlı verdikləri sözün üstündə duracaqlarını bildirib.
Həftəsonu iki günlük danışıqlarda Aİ nümayəndə heyətinə Əfqanıstan üzrə xüsusi elçi Tomas Niklasson, Əfqanıstan nümayəndə heyətinə isə Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki başçılıq edib.
Avropa İttifaqı bildirib ki, bu görüşlər Aİ-nin Talibanı tanıması mənasını verməməlidir.