Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban silahlıları iqlim böhranı ilə bağlı açıqlama veriblər. Taliban bildirib ki, beynəlxaq dəstək olacağı təqdirdə iqlim böhranı ilə bağlı problemlərin həllinə töhfə verəcəklər.
Talibanın sözçülərindən Suheyl Şahen bildirib ki, Əfqanıstanın kövrək iqlimi var və daha yaşıl olması üçün addımlar atılmalıdır.
Avqustda hakimiyyəti ələ keçirən Taliban hələlik dünyada legitim hökumət kimi tanınmadığı üçün hazırda davam edən COP26 iqlim zirvəsində təmsil olunmur.
Şahen bildirib ki, keçmiş hökumət Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə ekoloji layihələr həyata keçirib və bu layihələr davam etdirilməlidir. Taliban layihələrin təhlükəsizliyinə təminat verir.
O bildirib ki, dəstəklər olmasa iqlim böhranı Əfqanıstanda daha da genişlənəcək və 22 milyon insan qida çatışmazlığı ilə üz-üzə qalacaq.
Əfqanıstandakı rejim dəyişikliyindən sonra humanitar layihələr istisna olmaqla, bütün beynəlxalq layihələr sonlandırılıb.