Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixail Saakaşvilinin Tiflisdəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ukraynanın Tiflisdəki səfirliyi Ukrayna vətəndaşı Saakaşvili ilə bağlı vəziyyəti izləməyə davam edəcək.
Bundan əvvəl isə Gürcüstandakı həbsxanaları idarə edən Xüsusi Həbsxana Xidməti Administrasiyasından verilən açıqlamada Saakaşvilinin paytaxt Tiflisin Qldani rayonundakı 18-ci həbsxanaya aid xəstəxanaya köçürüldüyü bildirilmişdi.
Oktyabrın 1-də 8 ildən sonra ölkəsinə qayıdan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan məhkəmələrinin onunla bağlı çıxartdığı şərti həbs cəzası səbəbindən saxlanılıb və daha sonra gətirildiyi məhkəmə tərəfindən həbs edilib. Rustavi həbsxanasına aparılan Saakaşvili həbs olunduğu gündən aclıq aksiyası keçirir.
Ukrayna vətəndaşlığı olan Saakaşvili 2020-ci ildən Ukrayna Milli İslahatının İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyir.