4 Noyabr 2021
Mətni dəyiş
Avropa və Orta Asiya yenidən COVID-19 pandemiyasının “episentrinə” çevrilir və fevralın 1-nə qədər 500,000 əlavə ölüm gözlənilir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Dr Hans Kluge mətbuat konfransında bildirib.
Dr Hans Kluge əlavə edib ki, xəbərdarlıq aşağı peyvənd nisbətləri və az profilaktik tədbirlərə görə regionda yoluxmaların artması səbəbilə edilir.
Avropa regionunda son dörd həftə ərzində yeni COVID-19 halları 55 faiz artıb.
Dr Kluge qeyd edib ki, regionda vaksinasiyanın kifayət qədər yüksək olması və qış mövsümü, o cümlədən qapalı məkanlarda toplaşan insanların maskadan az istifadəsi və Delta variant yoluxmaların artmasına səbəb olub.
ÜST ekspertləri regionda COVID-19 peyvəndlərinin paylanılmasında da “böyük fərqlilik” olduğunu bildiriblər.