10 Noyabr 2021
Mətni dəyiş
8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktının icrasına başlanılıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir. Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək.
Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya Aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.