ORC ictimai araşdırma şirkəti 3-9 dekabr 2021-ci il tarixləri arasında keçirdiyi sorğunun nəticələrini paylaşıb.
"Bu bazar günü seçki olsaydı, hansı partiyaya səs verərdiniz?" sualının verildiyi sorğuda Türkiyənin 41 bölgəsində yaşayan 3920 şəxs iştirak edib.
İştirak edənlərin verdiyi səslərdən məlum olub ki, 10 faizlik barajı cəmi üç partiya keçə bilib. AKP 30,3 faiz, CHP 25,5 faiz, İYİ Partiya isə 15,9 səs alıb.MHP-nin 8,8, HDP-nin 8,1 faizlə barajdan aşağı düşdüyü araşdırmada DEVA Partiyası 3,3 faiz, Gələcək Partiyası isə 3,0 faiz səs toplayıb.
Beləliklə, AKP və MHP-nin yaratdığı "Cumhur İttifaqı" 39,1 faiz, CHP və İYİ Partiyanın yaratdığı "Millət İttifaqı" isə 41,4 faiz səs toplayıb. Səadət Partiyasının 1,4 faiz səs topladığı sorğuda Mustafa Sarıgülün rəhbərlik etdiyi Türkiyə Dəyişiklik Partiyası 1,2 faiz, Məhərrəm İncənin sədri olduğu Məmləkət Partiyası isə 1,0 faiz səs toplayıb.