ABŞ, İngiltərə və Avstriyadan sonra Kanada da Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına diplomatik boykot tətbiq edəcəyini bildirib.
Çində başda uyğurlar olmaqla etnik və dini azlıqlara qarşı siyasət beynəlxalq aləmin ciddi tənqidlərinə səbəb olur. Ölkədəki insan hüquqları böhranı səbəbi ilə Çinə sanskiyalar tətbiq olunması ilə yanaşı, artıq ölkələr Pekində keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı da diplomatik boykot qərarları verirlər.
Nəhayət, Kanadanın baş naziri Castin Trüdo da Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına diplomatik boykot tətbiq ediləcəyini, lakin buna baxmayaraq, idmançıların yarışlarda iştirak edə biləcəyini açıqlayıb.
Qərarı şəxsi sosial media hesabından açıqlayan Baş nazir Çində insan haqlarının pozulması ilə bağlı xəbərdən "dərin narahat olduqlarını" və bu səbəbdən tədbirə diplomatik nümayəndə göndərməyəcəklərini bildirib.