10 Dekabr 2021
Mətni dəyiş
Avropa İttifaqı (Aİ) ölkələri Xorvatiyanın Aİ daxilində pasportsuz səyahət zonası olan Şengen bölgəsinə qoşulmasını təsdiqləyib.
Aİ Daxili İşlər Nazirlərinin iclasındaa qəbul edilən qərarı Aİ-yə sədrlik edən Sloveniyanın daxili işlər naziri Ales Hoj açıqlayıb.
Hoj bildirib ki, Aİ ölkələri Xorvatiyanın bütün Şengen mükəlləfiyyətini həyata keçirmək üçün lazımi şərtləri yerinə yetirməsi ilə bağlı razılığa gəliblər.
Aİ-nin daxili işlər üzrə komissarı Ylva Yohansson da Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu bildirib.
2024-cü ildə faktiki iştirak
Xorvatiyanın Şengen zonasına qoşulması və digər Şengen ölkələri ilə sərhəd nəzarətini aradan qaldırması üçün ilk növbədə Aİ Şurasının təsdiqi tələb olunur. Bu təsdiqin dekabrda keçiriləcək liderlər sammitində veriləcəyi gözlənilir.
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç iştirakın əslində 2024-cü ilin ikinci yarısında baş tutacağını açıqlayıb. Ölkə eyni tarixdə ittifaqın ortaq valyutası olan avrodan istifadə etməyə başlayacaq.
Aİ Komissiyası 2013-cü ildə Aİ-yə üzv olan Xorvatiyanın 2019-cu ildə Şengen zonasına daxil olmaq üçün lazımi şərtləri yerinə yetirdiyini açıqlayıb.
Şengen zonası 26 Avropa ölkəsindən ibarətdir. 60-dan çox ölkənin vətəndaşları Şengen ölkələrinə vizasız gedə bilər. 100-dən çox ölkənin vətəndaşlarından viza tələb olunur.