22 Dekabr 2021
Mətni dəyiş
Almaniyanın ədliyyə naziri yanvar ayında həkimlərə abort reklamını qadağan edən qanunun ləğvini təklif edəcəklərini açıqlayıb.
Olaf Şolzun rəhbərlik etdiyi koalisiya hökumətinin hər üç tərəfdaşının uzun müddətdir etiraz etdiyi tənzimləmə həkimlərə və xəstəxanalara abort xidmətlərini veb saytlarında yerləşdirməyi qadağan edirdi.
Yeni hökumətin ədliyyə naziri Marko Buşman bir qəzetə verdiyi açıqlamada sosial siyasət sahəsində “nəhəng islahatlar” hazırladıqlarını açıqlayıb.
Həkimin qanuni abort əməliyyatı ilə bağlı məlumatı internetdə paylaşdığına görə iki ilə qədər həbs cəzası alma ehtimalını “absurd” adlandıran Azad Demokrat Partiyasının naziri bunun üçün ilk addım olaraq müvafiq bəndin çıxarılacağını qeyd edib.
"Bir çox qadınlar internetdə abortla bağlı dəqiq məlumat və məsləhət tapmaqda çətinlik çəkirlər. Ən yüksək keyfiyyətli peşəkar məlumat verə bilən həkimlərin bunu edə bilməməsi qəbuledilməzdir", - Buşman bildirib.
2019-cu ildə Angela Merkelin başçılığı altında hökumət həkimlərə və xəstəxanalara abort xidməti verdiklərini bildirməyə icazə verib, lakin əlavə məlumat paylaşmağı qadağan edən bəndi ləğv etməyib.
Hökumətin tətbiq etməyi düşündüyü digər sosial siyasət dəyişiklikləri liberal meyllərə malikdir. Bunlara 40 il əvvəl transgenderlər üçün psixoloji qiymətləndirmənin aparılmasını və cinsiyyətin dəyişdirilməsi ilə bağlı məhkəmə qərarını tələb edən qanunlar daxildir.
Koalisiya bu qanunları “öz müqəddəratını təyinetmə” məqsədi daşıyan yeni qanunvericiliklə əvəzləyəcəyini vəd edir.
Angela Merkelin 16 illik hakimiyyətinə yiyələnən Olaf Şolzun rəhbərlik etdiyi koalisiya hökuməti Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlardan ibarətdir.