10 Dekabr 2021
Mətni dəyiş
Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlərdən məsul üzvü Ylva Yohansson 15 Aİ üzv dövlətinin ümumilikdə 40 min əfqanı qəbul edəcəyini açıqlayıb.
Sputnik-də yer alan xəbərə görə, Yohansson Aİ ədliyyə və daxili işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında sözügedən qərarın effektiv həmrəylik nümunəsi olduğunu bildirib.
"Bu, həm də qeyri-qanuni miqrasiyanın qarşısının alınması və Aİ-yə qanuni girişə sərmayə qoyuluşu istiqamətində bir addımdır", Yohansson 15 üzv ölkədən hansının ümumilikdə 40 min əfqanı qəbul edəcəyini isə dəqiqləşdirməyib.
Aİ-nin yeni miqrasiya paketinin elementlərindən biri olan "məcburi həmrəylik mexanizmi"nə də toxunan Yohansson qeyd edib ki, ittifaq paketdə üzvlərin güc və ölçülərinə görə töhfə verməli olduqları bir mexanizmin olmasını təklif edir. Bu çərçivədə miqrantları qəbul etmək məcburi deyil, lakin güc və ölçüyə görə həqiqətən töhfə vermək vacibdir.
Ylva Yohansson qeyd edib ki, ilin əvvəlində Aİ Şurasına sədrliyi Sloveniyadan təhvil alacaq Fransa bu mexanizmi işə salmağa hazırdır.
2015-ci ildə miqrant axınından bəri sığınacaq axtaranların necə bölüşdürüləcəyi və sığınacaq müraciətləri rədd edilənləri geri qaytarmaq üçün bir həll tapa bilmədiyi üçün Aİ Komissiyası yeni qanun layihəsi hazırlamışdı.