9 Dekabr 2021
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi ilk dəfə Azərbaycanda informasiya əldə etmək hüququnun pozuntusunu tanıyıb. AİHM qərarı 2 ərizə əsasında qəbul edib.
Ərizəçi “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli olub.
Belə ki, jurnalist Qəbələdə yerləşən radiolakasiya stansiyasının ətraf mühitə təsiri haqda məlumatları istəyib, əlaqəli qurumlar həmin məlumatları təqdim etməyib və yerli məhkəmələr buna haqq qazandırıblar.
Rövşən Hacıyev Konvensiyanın 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinə söykənərək, 2012-13-cü illərdə AİHM-ə dövlət orqanlarının ictimai maraq kəsb edən məlumatları qapalı tutmasından və bununla bağlı məhkəmə qərarlarının qanunsuzluğundan şikayət edib.
Məhkəmənin qərarına əsasən, qərar qəti olduqdan sonra hökumət jurnalistə 1500 avro təzminat ödəməlidir.