Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
Ermənisranın Müdafiə Nazirliyi də qeyri-döyüş şəraitində əsgər ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.
Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha 2 hərbçi yaralanıb.
Hadisənin təfərrüatı araşdırılır.