Azərbaycanın Macarıstanın vasitəçiliyi ilə Ermənistana təhvil verdiyi 5 hərbçidən biri Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, təhvil verilən hərbçilər hüquq-mühafizə orqanlarında dindirilib, ancaq onlardan yalnız Arman Xaçatryan saxlanılıb. Belə ki, o, döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda şübhəli bilinir.
Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq ötən gün Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.