15 Dekabr 2021
Mətni dəyiş
Batumi meriyası evsiz heyvanlara qayğı üçün 351,7 min lari (113,2 min dollardan çox) xərcləməyi planlaşdırır. Bu barədə Batumelebi nəşri məlumat yayıb.
Podratçı elektron tender vasitəsilə müəyyən ediləcək. Müraciətlərin qəbulu dekabrın 20-də başa çatacaq, lakin meriya xidməti 2022-ci il büdcəsindən maliyyələşdirəcək.
Tender sənədlərinə əsasən, qalib şirkət Batumidə qeydiyyatda olan 2,6 min sahibsiz it və pişiyə qayğı göstərməli olacaq. Öhdəliklərə sterilizasiya, kastrasiya, qidalanma, peyvəndlə bağlı prosedurlar, klinikaya daxil olan heyvanın zəruri hallarda (anesteziya ilə humanitar uyuşdurulma) evtanaziyası, zədələnmiş heyvanların müalicəsi daxildir.
Eyni zamanda, tenderdə iştirak etmək istəyən baytarlıq klinikasında vətəndaşların iş günləri, iş saatları ərzində əlaqə saxlaya biləcəyi “qaynar xətt” fəaliyyət göstərməlidir.
2021-ci ildə turizm mövsümü başlamazdan əvvəl yüzlərlə sahibsiz it Batumidən şəhərin yaxınlığındakı zibilliyə aparılıb və baxımsız buraxılıb.
O zaman fəallar şəhər hakimiyyətini heyvanlarla düzgün rəftar etməməkdə ittiham ediblər. Batumi meriyasının yaxınlığında daha sərt qanunlar və mövcud yanaşmanın dəyişdirilməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Sonra Batumi merinin səlahiyyətlərini icra edən Arçil Çikovani nümayişçilərlə görüşüb və vəziyyəti araşdıracağına söz verib.