27 Dekabr 2021
Mətni dəyiş
Minlərlə belçikalı sənətçi, tədbir təşkilatçıları və digər mədəniyyət işçiləri Brüsselin mərkəzində dinc yürüş keçiriblər. Onlar bununla omikron ştammının yayılması ilə əlaqədar hakimiyyətin yenidən fəaliyyətlərini məhdudlaşdırmaq qərarına etiraz ediblər.
Son həftələrdə COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayının davamlı azalmasına baxmayaraq, ölkədə koronavirus əleyhinə tədbirlər görülüb.
Müxtəlif hesablamalara görə, nümayişdə 5 mindən 15 minədək adam iştirak edib.
Təxminən iki il məcburi qapanma və məhdudiyyətlərdən sonra mədəniyyət sektoru ziyarətçilərin qayğısına qalmaq səylərinin antikovid məhdudiyyətlərinin çətinliklərindən qurtulmağa imkan verəcəyinə ümid edirdi.
Tətbiq edilən tədbirlərə baxmayaraq, Brüsseldəki bir neçə kinoteatr və teatr onlara əməl etməyəcəklərini açıqlayıb. Onların fikrincə, öz müəssisələrinin ictimaiyyət üçün təhlükəsiz olduğunu artıq kifayət qədər sübut ediblər.
Rəsmilərin qərarına əsasən, Belçikada yalnız Milad bazarları, eləcə də bəzi yeni məhdudiyyətlərlə restoran və barlar fəaliyyətini davam etdirə bilər.