9 Dekabr 2021
Mətni dəyiş
Çilidə eynicinsli cütlüklərə nikahda bərabər hüquqların verilməsi haqda tarixi səsvermə fəallar tərəfindən qələbə və prezidentliyə namizəd Xose Antonio Kastanın mühafizəkar çıxışlarına zərbə olaraq qeyd edilib.
Kast noyabr ayında keçirilən seçkilərin ilk turunda səslərin böyük hissəsini qazanıb – 28 faiz səslə və proqressiv keçmiş tələbə lideri Qabriel Boriçi iki faizlə geridə qoyub - bu, ölkənin LGBTQ+ icmasında təşviş dalğasına səbəb olub. Kast və Boriç arasında sərt ikinci tur dekabrın 19-na planlaşdırılır.
Boriç azlıqların haqlarını müdafiə edir, Kastanın gündəmində isə katolik dəyərlərə əsaslanan ənənəvi siyasətdir.
“Bərabərhüquqlu nikah balaca günəş şüası, kiçik ümiddir”, homoseksualların hüquqlarının müdafiəsi qrupu “Iguales”-in direktoru İzabelle Amor ölkənin LGBTQ+ icmasının Kastanın prezident seçilməsi təhlükəsinə görə "çox kövrək bir emosional vəziyyətdə" olduğunu əlavə edib. “O prezident olarsa, nə itirəcəyimizi soruşmalıyıq”.
Homofob olduğunu inkar edən Kast “cəmiyyətin heteroseksual cütlüklərlə daha yaxşı işlədiyini” deyib. Onun prezidentlik proqramı evil və uşaqlı heteroseksual ailələrə subsidiyalar təklif edir, eynicinsli cütlükləri bilərəkdən istisna edir.
Millət vəkili olduğu 16 il ərzində o, ardıcıl olaraq mütərəqqi qanunvericiliyə qarşı çıxıb, 2012-ci ildə ayrı-seçkiliyə qarşı qanunun və 2015-ci ildə vətəndaş birliyi sazişinin əleyhinə səs verib - hər ikisi sonda qəbul edilib. O, 2018-ci ildə transgenderlərin hüquqi müdafiəsini təmin etmək üçün qəbul edilən Gender Kimliyi Qanununa şiddətlə qarşı çıxıb.
Bərabərhüquqlu nikah aktı eynicinsli cütlüklərə Vətəndaş Birliyi Aktı ilə mümkün olmayan valideynlik haqları verəcək. İlk olaraq 2017-ci ildə Mişel Baçelet hökuməti tərəfindən tanınıb, lakin iyun ayında prezident Sebastian Pinera tərəfindən təcili statusu verilənədək qanunvericilər tərəfindən diqqətdən kənarda qalıb. Pinyera əvvəllər qanuna qarşı çıxıb, ancaq "həyat" və "insanlarla görüş" onun fikrinin dəyişməsinə səbəb olduğunu deyib.
Çili Cənubi Amerikada Argentina, Uruqvay, Braziliya, Kolumbiya və Ekvadordan eynicinsli nikahları qanuniləşdirən altıncı ölkədir.
"Bu, sülh, ədalət və sosial müdafiə hissidir", bərabərhüquqlu nikah üçün "illərlə" gözləyən 42 yaşlı Loa Baskunian deyib. "Bu, sadəcə evlənə bilməkdən daha böyük şeydir - bu, bərabərlik məsələsidir".