20 Dekabr 2021
Mətni dəyiş
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın işğalı halında ölkəsinin və müttəfiqlərinin Ukraynaya qoşun göndərməsini “ehtimalı olmayan hal” olaraq adlandırıb.
“İnsanları aldatmayaq. Ukrayna da bunu yaxşı başa düşür”, məsələ ilə bağlı ingilis mediasına danışan Ben Uolles deyib.
“Ukrayna NATO üzvü deyil, ona görə də kiminsə Rusiyaya qarşı çıxmaq üçün Ukraynaya qoşun göndərmək ehtimalı heç kimdə yoxdur. Bizim üçün ən yaxşısı Putinə “bunu etmə” deməkdir”, Uolles əlavə edib.
Nazir iqtisadi sanksiyaların daha effektiv və çəkindirici nəticələr verəcəyini bildirib.
Böyük Britaniya baş naziri Boris Conson həftə içi verdiyi bir açıqlamada Rusiya Federasiyası Prezidenti Vladimir Putinə bölgədə istənilən “sabitliyi pozan addımların nəticələrinin” olacağı barədə xəbərdarlıq etmişdi.
Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi konsentrasiyasının artmasına NATO və Aİ kəskin reaksiya verib.