22 Dekabr 2021
Mətni dəyiş
Brüssel bu gün Polşaya qarşı Aİ qanunlarının ölkədəki üstünlüyü ilə bağlı qalmaqala görə məhkəmə prosesinə başlayıb.
Oktyabr ayında Polşanın Konstitusiya Məhkəməsi ölkənin Aİ-yə üzvlüyünün blokun məhkəmələrinə ali hüquqi səlahiyyət vermədiyinə qərar verib.
Qərar Brüsseldə qəzəb doğurub və Polşanın Aİ rəhbərləri ilə onsuz da problemli münasibətlərini daha da korlayıb.
Çərşənbə günü Avropa Komissiyası qərarla bağlı "ciddi narahatlığını" bildirib və "qayda pozuntusu proseduruna" başladığını bildirib.
Qərarın Aİ müqavilələrini pozduğu və Polşa məhkəmələrində fərdlərin "effektiv məhkəmə müdafiəsi hüququndan" məhrum edildiyi bildirilib.
“Komissiyanın Polşa Konstitusiya Məhkəməsinin müstəqilliyi və qərəzsizliyi barədə ciddi şübhələri var”, - deyə bəyanatda qeyd edilib.