Son illər əhalinin sayının azalmasından sonra, Çin əhaliyə yönəlik iqtisadi dəstək siyasəti ilə problem həllinə nail olmaq istəyir.
Bu ilin yayında üçüncü uşağın olmasına icazə verən Çin rəhbərliyi indi də yerli idarəetmə orqanlarını problemin həlli istiqamətində addımlar atılması üçün təlimatlandırıb.
Məlumatlara görə, demoqrafik vəziyyətin getdikcə pisləşdiyi Çinin bəzi bölgələrində ailə quranların sayı xeyli azalıb. Bir çox bölgədə əhalinin sayı 2010-cu illə nisbətdə 10 faiz azalıb.
Ümumilikdə 12.7 faiz azalan əhali sayını artırmaq üçün Çin hökuməti üçüncü doğulan uşaqlara görə ailələrə 200 min Çin yuanı (31 min dollar) kredit verməyi planlaşdırır.
Maddi təşviqlər çərçivəsində iki və ya üç uşaq sahibi olan cütlüklərin kiçik şirkət qurduqları təqdirdə bəzi güzəştlərdən istifadə edəcəyi və əlavə dəyər vergisindən azad ediləcəyi də bildirilir.
Yerli idarəetmə orqanlarının qərarı ilə doğum zamanı verilən analıq məzuniyyəti 98 gündən 180 günə qaldırılıb.