16 Dekabr 2021
Mətni dəyiş
25 may 2020-ci ildə ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydu öldürməkdə təqsirli bilinən və 22,5 il həbs cəzası alan irqçi polis məmuru Derek Şovin törətdiyi cinayəti etiraf edib.
Şovin Corc Floydun vətəndaş hüquqlarını pozmaqda və məhkəməyə mane olmaqla bağlı federal ittihamları boynuna aldığını açıqlayıb.
Narıncı məhkum paltarında gəldiyi federal məhkəmədə Şovin əvvəlkindən fərqli olaraq, hakimin sualına "Mən günahkaram" cavabını verib.
Federal ittihamlara Floyd yerdə dirənmədən uzanarkən və əlləri arxasına bağlanmış haldaykən Şovinin dizini onun boynuna basaraq hüququndan məhrum etdiyi və tibbi yardım göstərilməsinə imkan yaratmadığı ilə bağlı iddialar daxil idi.
Şovinin etirafının həbs müddətinin uzadılması gözlənilsə də, hakim Pol Maqnuson hökmün veriləcəyi tarixi təyin etməyib.