Qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) illik hesabatında 2021-ci ildə peşə fəaliyyətlərinə görə həbs olunan jurnalistlərin sayının rekord həddə çatdığını açıqlayıb.
CPJ-nin ötən ilki hesabatında ikinci yerdə olan Türkiyənin altıncı yerə gerilədiyi bildirilib.
40 il ərzində jurnalistlərə qarşı təhdidlər, senzura, zorakılıq, həbs və qətl hadisələri barədə məlumat verən komitə son 6 ildə həbsdə olan jurnalistlərin sayının artdığını qeyd edib.
Bu rəqəmin dörddə birinin Çin (50) və Myanmada (26) olduğunu qeyd edən Jurnalistləri Müdafiə Komitəsi hesabatında Misirdə 25, Vyetnamda 23, Belarusda 19 jurnalistin dəmir barmaqlıqlar arxasında qaldığı vurğulayıb.
Siyahıya Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Rusiya, Efiopiya və Eritreanın da əlavə olunması ilə bu rəqəmin rekord qıraraq 293-ə çatdığına diqqət çəkən hesabatda bu sayın 2020-ci ildə 280 olduğu müəyyən edilib.
Komitənin Nyu Yorkdakı direktoru Coel Saymon "vəzifəsi xəbər vermək olan jurnalistlərin həbs edilməsi avtoritar rejimlərin xüsusi əlamətidir" deyərək mətbuat azadlığına qapılarını "qəfil" bağlayan Myanma və Efiopiyada vəziyyətin "dəhşətli" olduğunu bildirib.
2021-ci ildə öldürülən jurnalistlərin sayının 24 nəfər olduğunu açıqlayan komitə mətbuat işçilərindən 19-nun vəzifə başında öldürüldüyünü qeyd edib.
"Meksika jurnalist qətllərində birinci yerdədir" deyən Saymon jurnalistlərdən üçünün ölkədə verdiyi müsahibələrə görə qisas zəminin öldürüldüyünü bildirib. CPJ ölkədə digər 6 jurnalist qətli ilə bağlı araşdırmalarını davam etdirdiyini də qeyd edib.
Türkiyə altıncı sıraya geriləyib
Hesabata görə, 2020-ci ildə Türkiyədə həbsdə olan jurnalistlərin sayı 20 nəfər azalaraq 37-dən 17-yə düşüb.
Bununla belə, həbsxanalarda jurnalistlərin sayının azalmasını mətbuata münasibətin dəyişməsi kimi şərh etməyin “sadəlövhlük” olacağı bildirilən hesabatda 2016-cı ildə uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyədə mətbuata təzyiqlərin ölkənin əsas mediasını “məhv etdiyi” və və bir çox jurnalistin peşəni tərk etməsinə səbəb olduğu qeyd edilib.
CPJ Türkiyədə həbsdə olan jurnalistlərin sayının azalmasını dövlətin jurnalistlərin məhkəmə və ya apellyasiya şikayətinə qədər sınaq müddətində saxlamamasına daha tez-tez icazə verməsi ilə izah edir.
Hesabata daxil edilən digər mühüm elementlər bunlardır:
- Bu il daha üç jurnalist münaqişə zonalarını işıqlandırarkən, daha iki jurnalist isə zorakı etirazları və ya küçə toqquşmalarını izləyərkən öldürülüb.
- Meksika müxbirlər üçün Qərb yarımkürəsində ən ölümcül ölkə olaraq qalıb.
- Ən azı 17 jurnalist kibercinayətə görə həbs edilib
- Həbsdə olan 293 jurnalistin 40-ı və ya 14 faizi qadındır