Danimarkanın Baş naziri Mette Frederiksen hökumətin qapalı məkanda maskanı məcburi edən qərarından cəmi 4 gün sonra qapalı məkanda maskasız görüntülənib.
Cümə günü çəkilən görüntülər həftə sonu yerli mediadan yayıldıqdan sonra nazir peşman olduğunu və hər kəsdən üzr istədiyini bildirib.
“Alış-veriş edərkən maska taxmağı unutdum. Yeni qaydalar qüvvəyə mindikdən sonra diqqətsizlik etdim. Bu, hər kəsin başına gələ bilər, amma mənim başıma gəlməməli idi. Təbii ki, peşmanam”, - deyə o, qeyd edib.
Görüntülər yayıldıqdan sonra nazir ictimaiyyətin tənqidinə məruz qalıb.
Danimarkada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı noyabr ayından etibarən sürətli şəkildə artıb. Təkcə noyabr ayında ölkədə infeksiyaya yoluxma hallarının sayı sutka ərzində 3 017 nəfər artıb ki, bu da 23 dekabr 2020-ci ildən bəri ən yüksək göstərici olub,