Mərhum avtoritar prezident Park Çunq-hinin qızı olan 69 yaşlı Park 2012-ci ildə, atasını qəhrəman hesab edən mühafizəkarların dəstəyi ilə prezident seçilib. O, Cənubi Koreyanın ilk qadın prezidenti olub. Amma dörd il içində vəzifədən kənarlaşdırılan ilk prezident titulunu da qazanıb.
2017-ci ildə korrupsiyada təqsirli bilinən Park rüşvətxorluq və hakimiyyətdən sui-istifadəyə görə 20 il, seçki qanunu pozuntularına görə isə daha iki il həbsə məhkum edilib.
Bu qalmaqal aylarla çəkən kütləvi küçə etirazlarına yol açıb. Ölkədə böyük bizneslərlə siyasətin gizli əlaqələrinə işıq salıb. Park yaxın həmkarıyla birlikdə, Samsung Electronics daxil konqlomeratlardan rüşvət almaqda, əvəzində onlara imtiyazlar verməkdə ittiham olunub.