Rusiyada türk xalqlarının yaşayışı ilə bağlı sənədli film hazırlayan iki türk jurnalist Nazgül Kenzhetay və Emin Karaçak saxlanılıb.
İlkin məlumatlara görə, qaldıqları otelin qarşısında Rusiyanın hüquq mühafizə orqanları tərəfindən saxlanılan jurnalistlərin şəxsi əşyaları müsadirə edilib, avadanlıqlarda olan məlumatlar silinib və onlara qarşı "cəsusluq" ittihamı ilə araşdırma başladılıb.
Hər iki jurnalist Rusiya Miqrasiya Xidmətinin saxlanma yerində deportasiya üçün gözlədilirlər. Məlumatlara görə, 10 gün sonra deportasiya ediləcəklər.
Ehtimal olunur ki, jurnalistlər saxlanma yerində pis şəraitdə və təzyiq altında saxlanılırlar.
Hər iki jurnalist bundan əvvəl də Rusiyada türk xalqlarının yaşadığı muxtar respublikalarda çəçiliş edərkən saxlanılmış, pul cəzası kəsilərək sərbəxt buraxılmışdılar.