İngiltərənin Ali Məhkəməsi "Uber" şirkətinin Londondakı fəaliyyət modelinin qanunlara uyğun olmaması ilə bağlı qərar çıxarıb.
Məhkəmənin açıqlamasında qeyd olunub ki, şirkətin təkcə proqram vasitəsi ilə sürücü və müştəri arasında vasitəçi rolu oynaması qanunla qadağandır. Qərarda qeyd olunub ki, "Uber" və ona bənzər şirkətlər işçilərlə müqavilə imzaladıqdan sonra fəaliyyət göstərə bilərlər. İngiltərə məhkəməsi bu ilin fevralında da bir qərar çıxararaq, "Uberin" proqram təminatından istifadə edən sürücülərin şirkətin əməkdaşı olaraq göstərilməli olduğunu bildirmişdi. Hazırda İngiltərədə 70 min "Uber" sürücüsü var. Bunun 45 mini Londonda fəaliyyət göstərir.