25 Dekabr 2021
Mətni dəyiş
İran bu gündən etibarən Türkiyə ilə sərhəd qapılarını 15 gün müddətinə bağlamağa qərar verib.
Qəbul edilmiş qərardan yaşayış icazəsi olan şəxslər, təhsil vizası olan tələbələr (İranda təhsil alan universitet və mədrəsə tələbələri), giriş vizası almış şəxslər (ticarət və iş adamları), iş icazəsi almış şəxslər, sağlamlıq vizası almış şəxslər, investor vizaları və immiqrasiya polisi tərəfindən pasportlarına çıxış möhürü vurulmuş şəxslərin azad olduğu bildirilib.
“İran vətəndaşlarının yeni il şənliklərinə qatılmasının qarşısını almağa çalışır”
Mövzu ilə bağlı açıqlama verən Hakkarinin Əsəndərə qəsəbəsinin bələdiyyə sədri Dırbaz Büyüksu İran tərəfinin yeni ilə 8 gün qalmış qəbul etdiyi qərarını Yeni il şənlikləri ilə əlaqələndirib. “Bu gün aldığımız məlumata görə, dekabrın 24-ü saat 00:00-dan etibarən 15 gün müddətinə müvəqqəti olaraq İranla bütün sərhəd qapılarımız bağlanacaq”.
"Mən şəxsən İran dövlətinin birtərəfli qaydada qəbul etdiyi bu qərarı 8 gün sonra girəcəyimiz yeni ilə, yəni ilin əvvəlinə bağlayıram. İran dövləti bu qərarla öz vətəndaşlarının Yeni il şənliklərində iştirak etmək üçün xaricə getməsinə mane olmaq istəyir. Ümid edirəm ki, bu qərar çox çəkməyəcək və qapılarımız ən qısa zamanda açılacaq. 2 ilə yaxındır ki, pandemiyanın qurbanı olan xalqımız bir daha qurban ola bilməz", deyə Büyüksu əlavə edib.