İsrail Hərbi Hava Qüvvələrinin komandanlığı 2022-ci ilin yazında İranın nüvə obyektlərinə potensial zərbələr endirmək üçün irimiqyaslı hərbi təlimlər keçirəcək.
Bu barədə dekabrın 9-da "Times of Israel" nəşri məlumat verib
Bildirilib ki, Aralıq dənizində keçiriləcək təlimlərdə F-15, F-16 qırıcılarından, F-35 qırıcı-bombardmançılarından və "Gulfstream G550" kəşfiyyatçı təyyarələrindən istifadə ediləcək.
Həmçinin qeyd edilib ki, İsrail aviasiyası 1000 km məsafadəki obyektlərə zərbələr endirməyi məşq edəcək, bu İranın nüvə obyektlərinə hücum ehtimalı yaranarsa, həyata keçirilməli olan məsafədir.
Bununla belə, "Times of Israel" nəşri qeyd edir ki, İsrailin İranın nüvə obyektlərini sıradan çıxarması problemli ola bilər, çünki İranın sözügedən obyektləri yerin dərinliyində yerləşir. Bunları sıradan çıxarmaq üçün isə İsralin zəruri silah-sursatı yoxdur. Tel-Əvivin İranın nüvə proqramını zərərləşdirməsi üçün aylarla vaxt tələb oluna bilər.