27 Dekabr 2021
Mətni dəyiş
Liviya sahillərində biri körpə, ikisi qadın olmaqla 27 qaçqının cəsədi sahilə çıxıb.
Liviya Qızıl Aypara Cəmiyyətinin Hums Şöbəsindən verilən açıqlamaya görə, ötən gecə Hums şəhərinin Əl-Allus bölgəsinin sahillərində Aralıq dənizini keçmək istəyərkən boğulan biri körpə olmaqla 17 qaçqının cansız cəsədi tapılıb.
Bildirilib ki, Qızıl Aypara qrupları bölgədə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı yaxınlıqdakı çimərlikdə ikisi qadın olmaqla daha 10 cəsəd tapıb, hələ də sağ olan 3 qaçqın isə qruplar tərəfindən xəstəxanaya aparılıb.
Sözügedən 3 qaçqının ifadəsinə uyğun olaraq sahildə axtarışların davam etdiyi bildirilib.